Rəsul Quliyev video-müsahibə verdi: NAMİZƏDİNİ AÇIQLADI

0
3468

Gələcək Azərbaycan Partiyası seçkilərə hazırlaşır…

AnTV.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Rəsul Quliyev video müsahibə verib.

AnTV.az-a müsahibəsində eks-spiker Gələcək Azərbaycan Partiyasında keçiriləcək olan seçkilər haqqında izləyicilərlə öz fikirlərini bölüşüb.

Zaman-zaman istər sosial şəbəkədəki izləyicilərinə, istər jurnalistlərə qarşı açıq olan tanınmış siyasi xadim bu dəfə də ənənəsinə sadiq qalaraq suallara tam aydınlığı ilə cavab verib. Gələcək Azərbaycan Partiyasının fəaliyyətindən danışan eks spiker bildirib ki:

“Hal-hazırda tənəzzül dövrünü yaşayan müxalifət partiyalarından fərqli olaraq GAP son 5 ildə yeganə inkişaf etmiş partiyadır. Lakin bu o demək deyil ki, bu partiya ölkədə ciddi siyasi uğura imza atıb. Hazırki vaxtda mən ölkədə güclü müxalif partiya tanımıram. Ona görəki, hazırda heç bir müxalif partiyanın böyük seçici kütləsi yoxdur. Buna görə də hakimiyyəti dəyişmək mümkün olmur. Məsələn, götürək Ukraynanı. Zelenski çox asanlıqla prezident seçildi. Gəlin keçmiş Ukrayna prezidentlərinə baxaq:

Birinci prezident Kravçuk yaşayır, ikinci prezident Kuçma yaşayır, üçüncü prezident Yuşenko yaşayır, dördüncü prezident Yanukoviç qaçsa da yaşayır, beşinci prezident Poroşenko, o da yaşayır. İndi isə bizə baxın. Belə bir vəziyyətdə Azərbaycanda müxalifətdən söhbət gedə bilərmi?” deyə o bildirib.

Eks-spiker iyunda keçirilməli olan GAP-ın ikinci qurultayından da danışaraq öz namizədini açıqlayıb.

Eks-spikerlə olan video-müsahibəyə aşağıdakı linkdə ətraflı baxa bilərsiz:

 

Nurlan Cəfəri

AnTV.az

 

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin