Rəsul Quliyev seçkini boykot edənləri qınadı: Hər kəs seçkilərə! – CANLI YAYIM

0
298
Rəsul Quliyev

“Çalışın parlament seçkilərində aktiv iştirak edib yer qazanasınız. Əgər məğlubiyyətinizə həmişəki kimi əminsinizsə, başqalarını passivləşdirən bəyanatlar verməyin”.

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev “Azad Söz” internet kanalına verdiyi müsahibədə deyib.

Eks-spiker hesab edir ki, seçkiləri boykot etmək yox qazanmaq lazımdır.

Bir çox məsələlərə toxunan eks-spiker həmçinin qeyd edib ki, ölkəyə təbii sərvətlərimizdən gələn gəlir mənasız yerlərə sərf olunur:

“Bir düşünün son illərdə Azərbaycana neçə milyard gəlir gəlib. O gəlirin neçə faizi maaşların artırılmasına sərf olunub? Bəs qalanı hardadı?”

Rəsul Quliyev hesab edir ki, İlham Əliyev seçkiləri saxtalaşdırmaqla ən ağılsız addımı atır:

“Bu hazırki müxalifətlə seçkilərə girən İlham Əliyev istənilən seçkini qazana bilər. Heç bir saxtakarlıq etmədən. Amma, seçkiləri saxtalaşdırmaqla ən ağılsız və ən uğursuz addımı atır.”

Moderatorun qarşıdan gələn parlament seçkiləri ilə bağlı verdiyi suala isə R.Quliyev belə cavab verib:

“Mən namizədliyimi verməyəcəm, elə bir fikrim yoxdur. Amma gənclərin yaratdığı partiyaları dəstəkləməyi düzgün addım sayıram. Məsələn Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunu…”

 

Daha ətraflı aşağıdakı linkdən baxa bilərsiz:

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin