Siyasət

Rəsul Quliyev: “Rusiyaya “Qarabağdan çıx” komandası vermək lazım olacaq”

"Ukraynanın prezidenti Zelenski Putin Rusiyasını açıq mətnlə hədələyir”.

Bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. “Birincisi Zelenski Rusiya ilə bağlı “Donbas əyalətində müharibəyə cəhd etsə layiqli cavabını alacaq və biabırcasına məğlub olacaq” bəyanatını verib.

İkincisi Ukraynanın gələcəyi NATO-nun üzvü olmaqdır qərarıdır.

Putin tələsik Rusiya tarixində ən “başdanxarab” xarici işlər naziri vasitəsilə Ukraynaya kəskin xəbərdarlıq edib ki, “Ukrayna heç vaxt NATO-nun üzvü ola bilməz, olsa ərazilərini itirəcək” təhdidini edib.

Paşinyan isə Putinə iki hədiyə aparır.

Birincisi Putinin əlaltısı, nökəri olmuş Köçaryana bəraət verdirib, ikincisi Rusiyanın döyüşə yararsız SU-30 təyyarələrini almaq vədini verib.

Putin Azərbaycan başda olmaqla bütün türk dünyası – Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızıstana nifrət edir, ancaq hələ ki, bu nifrəti reallaşdırmaqdan qorxur. Zaman Rusiyanın əleyhinə işləyir. O hərtərəfli zəifləməkdə davam edir.

Səbrlə gözləyib vaxtı çatanda Qarabağdan çıx komandası vermək lazım olacaq. Bu məsələdə ümid edirəm Paşinyan Ermənistanı Azərbaycanın yanında olacaq”.