Siyasət

Rəsul Quliyev: "Putin Qarabağda xaos yarada bilər"

“21-ci əsrdə ümumi qloballaşma siyasətində regional qloballaşma siyasətinin inkişafı və onun rolu"

AnTv.az xəbər verir ki, bu sözləri Milli Məclisin sabiq spikeri Rəsul Quliyev deyib.

"Avropa İttifaqı ABŞ-ın hegemonluğundan qurtarmaq üçün İttifaqa daxil olan ölkələri bir dövlət kimi birləşdirmək və pul vahidi "Euro"ya beynəlxalq valyuta statusu vermək istəyir. Bu proses uzun çəkəcək, bəlkə , heç vaxt baş tutmayacaq. Çünki Avropanın bir çox ölkələri faktiki Almaniyanın hegemonluğu altında birləşmək istəmir.

ABŞ Asiya siyasətində fundamental dəyişikliklər etmək niyyətindədir. İlk növbədə 3 ekstra texniki imkanlara malik Yaponiya, Cənubi Koreya, ABŞ alyansı yaratmaq istəyir. Bu regionda 3-lüyün hərbi qüdrətini ən azı 30 faiz qaldırmaq istəyir. Bu rəqəm çox böyük rəqəmdir və ikinci super "derjava"ya çevrilmiş Çinin resurslarının böyük bir hissəsinin hərbə xərclənməsinə gətirib çıxardacaq. Rusiya Federasiyasının bu qlobal dəyişikliklərdə, əlbəttə ki, yeri yoxdur.
Sovet dövründən qalmış nüvə sillahları hesabına "derjava" olmaq mümkün deyildir. Nə qərbdə, nə də şərqdə Rusiyanı özünə eyni hüquqlu partnyor hesab edən ölkə, demək olar ki, mövcud deyildir. Çin Rusiyanın xammalından istifadə etməklə ardıcıl onun torpaqlarını dinc yolla ələ keçirir və yaxın 50 ildə Ural dağlarına qədər Rusiya ərazilərində Çin dili ikinci dövlət dili olacaq. Qərblə sərhəddə Narvadan tutmuş Sevastopola qədər Rusiyaya qarşı açıq düşmən mövqedə duran ölkələr dayanıb, Rusiya bir dövlət kimi tam süquta çatana qədər bu düşmənçilik qalacaqdır da.

Qlobal siyasətin qütbləşdiyi, regionlaşdığı bir zamanda yeni bir oyunçu aparıcı olmaq fikirindədir. Bu oyunçunun adı həm əhalisinin sayı, həm iqtisadiyyatı, həm də hərbi gücünün böyük sürətlə artdığı Türkiyə Cümhuriyyətidir. Türkiyə Avropadan: Azərbaycan-Gürcüstan-Ermənistan-Ukrayna, Asiyadan isə: Qazaxstan-Özbəkistan-Qırğızıstan və Türkmənistan dövlətlərinin alyansını yaratmaq istəyir. Belə bir alyans yaransa bu alyans 4-cü güc mərkəzi, yəni yeni "derjava" olacaqdır. Ən əsası bu derjavanın dünyanın 2-ci "derjava"sı Çinlə əlqələri dostluq fundamenti üzərində qurulub. Belə bir alyans istənilən aqressiv dövləti yerinə oturda bilər. Faktiki bu alyans 250 milyona yaxın insan resurslarına, Rusiya Federasiyasından 2 dəfə böyük iqtisadi potensiala malik olan bir alyans olacaqdır.  Hansı ki, istənilən aqressiyanın qarşısında dayanmaq şansına malik böyük bir güc mərkəzi də adlandırmaq olar. Bu alyans Pakistan, Banqladeş, eyni zamanda, İsrail və Liviya hesabına da genişləndirmək olar.

Erməni işğalına qarşı apardığı 44 günlük müharibədə Türkiyənin real köməyi əsasında formalaşmış Azərbaycan -Türkiyə münasibətləri Alyansın yaranmasında aparıcı rol oynaya bilər. Azərbaycan Zaqafqaziyada aparıcı dövlətdir. Belə bir alyansın yaranmasında hər 3 ölkə maraqlıdır. İlk növbədə, Ermənistana Rusiya Federasiyasından xilas olması üçün belə bir alyansın yaranması hava və su kimi lazımdır.

2021-ci il Azərbaycan dövlətinin siyasətinin zirvəsi ola bilər. İki çox önəmli məsələnin həlli Azərbaycanın gələcəyinin yeni, möhtəşəm təməlini qoya bilər.

Birincisi, azad edilmiş torpaqların bərpası siyasətinin yeni, reformist strategiya ilə həyata keçirilməsi.

İkincisi, Zaqafqaziya - Türkiyə-Orta Asiya əlaqələrinin xüsusi bir səviyyəyə çatdırılması.

Ermənistanın baş naziri Paşinyan iyunda respublikada parlament seçkiləri keçiriləcəyini elan edib. Bu məqsədlə baş nazir postundan apreldə istefa verəcək (ancaq seçkilərə qədər baş nazir vəzifəsini yerinə yetirəcək) və komandası ilə birlikdə seçkilərdə iştirak edəcək. Rusiya Federasiyasının prezidenti V.Putin onun partiyasının qazanmaması, Paşinyanın yenidən baş nazir seçilməməsi üçün bütün vasitələrdən, o cümlədən, Müdafiə Nazirliyinin "QRU" (hərbi kəşfiyyat) və Federal kəşfiyyat idarəsinin (keçmiş "KQB") bütün gücündən istifadə edəcəkdir. İstisna deyildir ki, Ermənistanda terror aktları təşkil etməklə ya öz adamını hakimiyyətə gətirmək, ya da seçkilərin keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif cinayət aktları həyata keçirilsin. Putin Koçaryan-Sarkisyan və o tipli bəzilərinin Ermənistanda qələbə çala bilməyəcəklərini təbii ki, yaxşı bilir. Heç vaxt Ermənistanda siyasi fəaliyyət göstərməmiş Rusiyada yaşayan Aro Abramyan adlı birisini hakimiyyətə gətirməyi də bir variant olaraq düşünür. Ermənilər keçmiş "DQ" vilayətindən və o regiondan siyasətə gəlmişləri bir daha hakimiyyətə buraxmayacaq. Ona görə də, Rusiya əlaltısı olan Arturyandan istifadə edə bilməyəcəkdir. Əlbəttə ki, Putin məqsədlərinə çatmaq üçün Qarabağın əlində olan hissəsində istənilən xaos yarada bilər. Misal üçün, erməniləri öldürüb bunu Azərbaycan ordusu və ya xüsusi xidmət orqanlarının üstünə yıxa bilər. Asanlıqla həyata keçirə biləcəyi bu terror aktları ilə Paşinyana qarşı nifrəti gücləndirə və hansısa millətçi fanatın əli ilə onu öldürtdürə bilər...

Proseslərin gedişatı göstərir ki, Paşinyan faktiki seçkidə qələbə əldə etmək üçün mübarizəyə başlayıb. O, Ermənistanın rayonlarına gedir, çıxışlar edir, çıxışlarında müharibəni birdəfəlik saxlamağı, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyi və əlaqələri bərpa etməyin vacibliyindən danışır. Ən əsası ermənilər onun Azərbaycanla əlaqədar siyasətini dəstəkləyir. Ermənistanın Təhlükəsizlik Şurasının başçısı: “Türkiyə ilə əlaqələrin bərpa edilməsinin vaxtı çatıbdır” (sözsüz, Paşinyanın tapşırığı ilə) bəyan edir və xalqın reaksiyasını yoxlayırlar. Xalqdan gələn pozitiv reaksiyanı gördükdən sonra bu bəyanatlar Paşinyanın çıxışlarında da yer almağa başlayır.

Putin Paşinyanı Moskvaya çağırıb. Bu görüşdə Paşinyan ona sadiq qalacağını dəridən-qabıqdan çıxaraq sübut etməyə çalışacaq. Putin açıq tekstlə “Ermənistan özünü yaxşı aparmasa, Qarabağın bir hissəsi onun nəzarətindədir və nə istəsə, onu da edə bilər. İstəsə Azərbaycana, istəsə Ermənistana, istəsə də cənubi Osetiya kimi özünün "anklav"ı edə bilər” mesajını vermiş olacaqdır. Paşinyanın isə əsas məqsədi Putini inadırmaq və seçkilərə Rusiyanın qarışmamasına nail olmaqdır.

Azərbaycan Paşinyanın bu seçkilərdə daha güclü qələbə əldə etməsində maraqlı olmalıdır. Ermənistanda ondan başqa normal düşünən insan yoxdur. Hamısı hakimiyyətə gəlmək üçün istənilən cinayətə gedən adamlardır. Koçaryanlar, Sarkisiyanlar və bir çoxları cinayətkarlardır.
Onların yeri baş nazir yox həbsxana olmalıdır!”