Rəsul Quliyev: “Ölkədə dəyişiklərin mənbəyi yalnız gənclərdir…”

0
724
Eks-spiker Rəsul Quliyev

“Gənclər artıq əlindən heç bir şey gəlmədiyi dəfələrlə sübuta yetirilmiş hakimiyyətlə mübarizə aparmaq əvəzinə əsasən xaricdən indiki hakimiyyətin əleyhinə verlişlər aparanlarla vuruşan anadan ” müxalifət doğulmuşların ” ağızlarına baxırlar.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev Honkong şəhərində keçirilən etiraz mitinqlərini şərh edərkən səsləndirib.

“Honkongda mitinqlər, küçə yürüşləri davam etməkdədir. Çin xalq ordusu Honkongla sərhədə 100 mindən artıq ordu yığmasına baxmayaraq orta məktəb yuxarı sinif və intitut tələbələri qorxmadan nümayişlərə çıxıb azadlıq uğrunda mübarizələrini davam etdirir. Bu gün müəllimlər mitinq keçirir və polisə qarşı odlu çıxışlar edirlər.

Onlar polisi və höküməti gənclərə qarşı zor işlətməkdə günahlandırır və axıra qədər onlarla bir olacaqlarını elan edirlər. Azərbaycanla müqayisədə paradoksdur.”

Eks-spiker sosial şəbəkə hesabından etdiyi müraciətində əsasən gəncləri qınayıb:

“Mən neçə illərdir ölkədə dəyişiklərin mənbəyinin ancaq gənclər ola biləcəyini dərindən izah etmişəm. Ancaq elə bir dəyişiklik yoxdur, gənclər təşəbbüsü öz əllərinə götürmək istəmir. Qorxur. Oturub artıq əlindən heç bir şey gəlmədiyi dəfələrlə sübuta yetirilmiş hakimiyyətlə mübarizə aparmaq əvəzinə əsasən xaricdən indiki hakimiyyətin əleyhinə verlişlər aparanlarla vuruşan anadan ” müxalifət doğulmuşların ” ağızlarına baxırlar. “

Siyasi-xadim eyni zamanda Rusiyada keçirilən mitinqlərə də toxunub:

“Eyni proses Rusiyada da baş verir. Protest mitinqlərinə çıxanların azı 50 faizi 16-23 yaşlı gənclərdir. Onlardan götürülən intervülara qulaq asanda Putin rejiminin nə üçün bu mitinqlərdən qorxduqlarını izah etmək olar. Çünki onlar çox ağıllı və qətiyyətlidirlər.”

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin