Siyasət

Rəsul Quliyev: "Müqavilənin şərtlərini Azərbaycan müəyyənləşdirməlidir"

 "Müqavilənin şərtlərini Azərbaycan müəyyənləşdirməlidir"

AnTv.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Füzuli şəhərinin düşmən işğalından azad edilməsini şərh edərkən belə deyib.

O, Ermənistan rəhbərliyinin acı məğlubiyyətini belə şərh edib:

"Bu gün Azərbaycan ordusu Füzulini azad etməklə qələbə salnaməsinin şanlı səhifələrini yazmağı davam etdirdi. 

Ermənistanın uşaqların da daxil olduğu insan tələfatı ilə nəticələn terrorundan sonra bu qələbə xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərində yaramaz terror aktının 2 məqsədi vardır: 

1. Azərbaycanlıları Gəncə, Mingəçevir və başqa şəhərlərdən qaçmağa məcbur etməklə qələbə müharibəsi aparan hökümətə problem yaratmaq:

2. Azərbaycan ordusunun zəfərlə davam edən irəliləməsini dayandırmaq. 

Füzuli qələbəsi ermənilərə uşaqları və mülkü əhalini öldürməklə buna heç vaxt nail ola bilməyəcəklərini göstərdi! 

Məqsədlərinə çatmaq üçün ən yaramaz terror aktlarından istifadə edən bu yaramazların iç üzünü bütün dünyaya nümayiş etdirmiş oldu. Ermənilər tərəfindən Xocalıdan başlayan dinc əhali, uşaqlara qarşı apardıqları soyqırımlar onların 1915-ci ildə "gunahı olmadan kütləvi şəkildə öldürülməsini" şübhə altına salmış oldu. Ölkələr hətta Fransa erməni genosidinə şübhə ilə yanaşmağa başladı! 

Azərbaycanda erməni terrorçuları tərəfindən dinc əhalisinin və xüsusilə də uşaqların kütləvi şəkildə öldürülməsi 1915-ci ildən üzü bəri 10 dəfədən çox baş verib. Bizim torpaqlarda (19-cu əsrin axırına qədər heç vaxt ermənilərin yaşamadığı torpaqlarda) Ermənistan adlanan psevdo dövlət yaradanlar bizə təşəkkür etmək əvəzinə əlavə torpaqlarımızı ələ keçirmək üçün körpə uşaqları öldürür. 
 
Azərbaycanın dinc əhalisini, kiçik uşaqlarını qətlə yetirən ermənilərlə yanaşı bu terroristlərə kütləvi qırğına səbəb olan ağır, uzun məsafəyə uçan raketləri verənlər də məsuliyyət daşıyır! Ermənistana verilən silahlar müdafiə silahları deyil, hucum silahıdır. Böyük çaplı 100 km-ə qədər uçan raketlər ancaq və ancaq insanların kütləvi şəkildə yaşadığı şəhərlər üçündür. Çünki bu silahlar (NATO raketləri kimi dəqiq deyil) dəqiq silahlar deyildir. Ən azı 100-500 metrlik dəqiq olmayan sahəyə düşürlər. Öz torpaqlarını terroristlərdən təmizləyən (bu ABŞ və NATO ölkələrinin mərkəzlərini Mosul adlandıran İraq torpaqlarını ələ keçirmiş terrorist Xəlifətə qarşı apardığı müharibə ilə eynidir) Azərbaycan bu günə qədər dinc erməni əhalisini məhv etməyə cəhd göstərməyib. Müharibə zonasında 50-100 km aralıda yerləşən şəhərlərdə dinc əhaliyə raket atan ermənilərdən fərqli olaraq Azərbaycan müharibə zonasında olan dinc əhaliyə qarşı heç bir silah işlətməyib. Əksinə Xankəndi, Hadrut və başqa yaşayış yerlərindən dinc əhalinin çıxmasına şərait yaradıb. 

Ermənilər Azərbaycan xalqını daha sındıra bilməyəcəklərini anlamalıdır və millətinin Ermənistan adlanan psevdo dövlətdən kütəvi şəkildə (bu gündə son 10 ildə azı 500 min erməni ölkəsini tərk edib) qaçmasının qarşısını almaq üçün işğal etdiyi torpaqlardan çəkilib getməli və Azərbaycana sülh müqaviləsi təklif etməlidir! 

O müqavilədə nələr yazılacağını daha çox Azərbaycan dövləti müəyyənləşdirməlidir."

 

AnTV.az