Rəsul Quliyev Milli Məclisin buraxılmasını şərh edir – VİDEO

Eks spiker Rəsul Quliyev

“Mənim parlament seçkilərində iştırak etmək niyyətim yoxdur.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev Milli Məclisin buraxılmasını şərh edərkən deyib.

AnTV.az xəbər verir ki, “Azadlıq Radiosu”-na şərh verən eks-spiker düşünür ki, parlamentin buraxılması müəyyən qədər pozitiv addımdır.

R.Quliyev həmçinin seçkilər haqqında proqnozlarını da verib:

“Əgər azad seçkilər keçirilsə hakim partiya 50-55%, partiya mənsubiyyəti olmayan bitərəflər 40-45%, müxalifət isə 10-15% səs yığa bilər.”

Eks-spiker həmçinin qeyd edib ki, əgər hakimiyyət torpaqlarını azad etmək və inkişaf etmək istəyirsə legitim, demokratik dövlət qurmağa məcburdur.

Video-müsahibəni oxucularımıza təqdim edirik:

 

Nurlan Cəfəri

AnTV.az