Rəsul Quliyevdən Mehman Hüseynova DƏSTƏK

0
423

Azərbaycan Respublikasının eks-spikeri Rəsul Quliyev özünün sosial şəbəkəsi hesabında hazırda həbsdə olan bloqer Mehman Hüseynov və digər siyasi məhbuslara öz dəstəyini ifadə edib.

Həmin məlum yazını olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.

Eks-spiker Rəsul Quliyev: “Mehman Hüseynovun həbs edilməsi rejimin dərin iflasa uğradığından xəbər verirdi. İndi onun həbsdən azad edilməməsi rejimin bu iki ildə daha acınacaqlı erroziya bataqlığına düşdüyünə dəlalət edir.Mehman nə üçün azad edilmir? Məgər o bu rejimə təhlükə yarada bilər, xeyr. Mehmanın Azərbaycan reallıqlarından hazırladığı videolar hakimiyyəti qıcıqlandırırdı ancaq varlığına təhlükə yaratmırdı. Bəs bu hökümət nə üçün onu azad etməməklə həm beynəlxalq, həm də daxildə qınaq obyektinə özünü çevirir. Bu hökümətin ideologiyası həbs etdikləri insanları sındırdıqdan sonra azad edə bilər idealogiyasıdır. Elə bu səbəbdən Əli İnsanov həbsdən azad edilmir. Və elə bu səbəbdən Mehman Hüseynovu zindandan buraxmırlar. Belə ideologiya uzun müddət totalitar rejimlərin başlarında dayananların ideologiyasıdır və ildən ilə güclənir. Azərbaycanda həbsdə olan Mehman kimi heç bir cinayət törətməmiş gənclərin sayı kifayət qədərdir. Onların müdafiəsinə ilk növbədə gənclər ayağa qalxmalıdır. Çünki rejim ilk növbədə gəncləri neytrallaşmağa çalışacaq. Sınmayan gəncin rejimə qarşı mübarizəsi çox uzun çəkə bilər.”

AnTV

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin