Rəsul Quliyev: “Jurnalistlər axtarıb ən nadan adamları tapıb onlardan intervyu götürürlər”

“Jurnalistlər bir-birlərindən fərqli qruplara bölünürlər. Qəzetlərin və video səhifələrin jurnalistlərinin kim olması o informasiya vasitələrinin səviyyəsini göstərir. Azərbaycanın jurnalistlərinin əksəriyyəti istənilən tarixi hadisəni, ölkə üçün böyük əhəmiyyət kəsb etmiş keçmişimizi analiz etmək istəmir, əksinə axtarıb ən nadan adamları tapıb onlardan intervyular götürürlər və aşağı səviyyəli oxucuların diqqətini cəlb etmək istəyirlər”.

 

AnTV.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

 

R.Quliyev qeyd edib ki, ntervyu götürən də, intervyu verənlər də adətən çox dayaz adamlar olurlar və xalqın içərisində nadanların sayının çox olması bu cızma qaraları oxunaqlı edir: “Bu tipli jurnalist və intervyu verənlər xalqın əxlaq və mənəviyyatına ən ağır zərbələr vururlar. Onların vurduqları ziyan ölkəyə düşmən qüvvələrin vurduğa ziyana bərabərdir. Mən bu tip çoxsaylı jurnalistlərin adlarını çəkə bilərəm. Heç bir xəcalət çəkmədən söylədikləri yalanları başlarına vura bilərəm. Ancaq pozulmuş bu insanlara heç bir təsiri olmayacaq”.