Siyasət

Rəsul Quliyev ermənilərin iç üzünü açdı - MÖVQE

"Ermənilər Trampı hədələyirlər..."

AnTV.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin eks-spikeri, tanınmış ictimai-siyasi xadim Rəsul Quliyev erməni vəhşiliyindən danışıb.

O, ermənilərin iç üzünü açan mövqe ortaya qoyub:

"Ermənistanın xəbərləri ilə tanış olduqda insanda bir neçə fikir formalaşır, Birincisi bu adamcıqların sərsəmliyinin səviyyəsindən dəhşətə gəlirsən, ikincisi yalan danışmağın hüdudunun olmadığına inanırsan. Üçüncüsü bunlarla insan dilində danışmağın qeyri mümkün olacağını başa düşürsən."

"Gəncədə 10-a yaxın adamı qırıb, utanmadan erməni soyqırımından danışırlar"

"Bu adamlar Gəncəni dağıdıb, 10-larla adamı qırmaqlarından danışmır ancaq Stepanakertin (Xankəndi) artileriya atəşəsinə tutulmasından 100-lərlə xəbərlərində, rus, ingilis dilində erməni xalqının faciələrindən danışırlar.

Bu adamlar Azərbaycanın öz torpaqlarını azad etməsini dünyaya Türklərin 1-ci dünya müharibəsindən ermənilərə qarşı apardığı soyqırım siyasətinin davamı kimi göstərirlər. Bu ağıldan kəmlər Trampı hədələyirlər. Ona "sən bu konfliktə münasibət bildirmirsən və 20 gündən sonra prezident seçilmək istəyirsən" mesajını verirlər. Yəni sanki Trampın seçilməsi ermənilərin ona münasibətinə bağlıdır. Həqiqətən mən söz tapa bilmirəm. Bu sərsəmlərə dəli sözüdə yaraşmır. Bu adamlarla insan dilində danışmaq sadəcə mümkün deyildir."

AnTV.az