Siyasət

Rəsul Quliyev: “Ermənilər zorla başa salınmasa..."

“Ermənilərin atəşkəs rejimini pozması, Azərbaycan əsgərlərinin yaralanması Rusiya sülhməramlı kontingentindən təcili və qətiyyətli addımlar atmağı tələb edir”.

AnTv.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, ilk növbədə Dağlıq Qarabağda silahlı qüvvələri 100 faiz tərksilah etmək lazımdır: “Özünü Dağlıq Qarabağın “administrasiyası”, “prezidenti” və ya “nazirləri” adlandıran şəxslərə onların silahlı qüvvələr saxlamağa heç bir icazəsi olmadığını başa salmaq lazımdır. Ermənilər qətiyyətlə zorla başa salınmasa ,onların terror aktları davam edəcək”.