Rəsul Quliyev: “Banklarda pulum ortaya çıxmasa uydurulmuş yalana görə məndən üzr istəməlisiz!”…

0
482
Eks spiker Rəsul Quliyev

“Rəsmi şəkildə əgər mənim adıma İsveçrədə pul varsa onu bu məqaləni yazan qəzetə və ya hökümətə bağışlayıram. Əgər belə bir pul ortaya çıxmasa sivil qaydada məndən üzr istəməkləri vacibdir.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev sosial şəbəkə hesabında barəsində yayılan ittihamlara cavab verərkən bildirib:

Eks-spiker hakimiyyətin yandaş mediasının zaman-zaman onun adına müxtəlif banklarda böyük məbləğdə pulların olması haqqında yazılanları cəfəngiyat adlandırıb:

“1991-ci ildə Sovet ittifaqının dağılması nəticəsində müstəqillik almış Azərbaycanda yalan, böhtan, şər üzərində qurulmuş bütün hüceyrələrinə qədər korrupsiya və rüşvətlə zəhərlənmiş əcaib bir rejim yaranmışdır. Bu ölkə hələdə özünü Rusiyanın qulu hesab edir və ölkə başçısı 1980-ci illərdə olduğu kimi Rusiyanın prezidentinə ağlasığmaz təriflər yağdırır,onu dahi adlandırır.

Sistem özünə uyğun əcaib informasiya vasitələri yaradıb. Yalan, şər, böhtan yazmaq qəhramanlıq sayılır, qəzet və TV-lərdə heç bir faktlara söykənməyən fantastik materiallar gedir. Bu gün qəzetdə İsveçrədə Azərbaycanlıların pullarının ortaya çıxarılması və bu azərbaycanlılardan birinində mənim olduğum iddia olunub. Heç bir fakt göstərilmədən utanıb xəcalət çəkmədən belə bir materialın getməsi məndə təəccüb doğurmur. Başqa cür olsaydı təəccüb doğurardı zatən.

Birincisi mənim tək İsveçrə yox başqa ölkələrdə də pulumun olub olmaması barədə  hökümət milyonlarla pul xərcləsədə heçnə tapa bilmədi. Çünki sadəcə heç yerdə pulum yoxdur. İkincisi 20 il bundan öncə mənim Londonda da pulumun olduğu iddia edilmişdi və o vaxt mən bu ittihamlara cavab yazmışdım. İndi ona bənzər cavabı təkrar etmək istəyirəm:

,,Rəsmi şəkildə əgər mənim adıma İsveçrədə pul varsa onu bu məqaləni yazan qəzetə və ya hökümətə bağışlayıram. Əgər belə bir pul ortaya çıxmasa sivil qaydada məndən üzr istəməkləri vacibdir,,. 19-cu əsrdən obyektiv jurnalistikanın cəmiyyət üçün necə mühüm rol oynadığını nəzərə alaraq onu hakimiyyətin 4-cü qolu adlandırıblar. Hakimiyyətin 3 qolunun obyektiv olmaması Azərbaycan jurnalistikasının şər böhtan üzərində qurulmasına bəraət qazandıra bilməz.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin