Rəsul Quliyev: “Azərbaycanın müstəqillik gününü bayram etməsi absurddur.”

0
270

“Azərbaycan məcburiyyət qarşısında müstəqillik qəbul edib.

AnTV.az xəbər verir ki, bu sözləriAzərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev “Müstəqillik Günü” bayramını şərh edərkən deyib.

Eks-spiker hesab edir ki, hazırki siyasi durumda “Müstəqillik Günü” bayramı keçirtmək absurddur. R.Quliyev müstəqil olmaq üçün vacib olan şərtləri də açıqlayıb:

Azərbaycanın müstəqillik günü bayram etməsi absurddur. Müstəqilliyin bir neçə fundamental şərti var, onlarsız müstəqillik butefor müstəqillikdir.

Ən əsas şərtlər isə bunlardır:

1.Müstəqil ölkənin vətəndaşları müstəqil və azad olmalıdır. Onlar azad seçkilərlə dövləti formalaşdırmalıdır.

2.Verilmiş ərazisi bütöv olmalıdır və bu əraziləri işğalçıdan azad edilməlidir. Vətəndaşlar isə onun uğrunda vuruşmağa və ölməyə hazır olmalıdır.

3.Vətəndaşların cibindən hökümət tərəfindən korrupsiya və rüşvətlə oğurluğuna son qoyulmalıdır.

4.Dövlətin vəzifəsi vətəndaşlarının yaxşı yaşaması üçün proqresiv, reforma qanunlarını qəbul etdirmək və onu həyata keçirmək olmalıdır.

5.Məhkəmələr azad, inzibatı orqanlar ancaq qanunlara tabe olmalıdır.

R.Quliyev hesab edir ki, bu şərtlərdən heç birinə Azərbaycanda riayət olunmur:

“Kimsə Müstəqilliyin təminatçısı olan bu şərtlərdən heç olmazsa birinin Azərbaycanda olduğunu sübut edə bilərsə çıxsın ortaya. Məsələn Qazaxıstan müstəqillik elan ediləndən sonra bir neçə şərti həyata keçirib.

Və ya, 1990-cı ildə 52 %-lik başqa millətin, xüsusilə rusların (ən böyük təhlükə) miqdarını 32 %-ə çatdırıb. Paytaxtını 90 % rusların yaşadığı şimal vilayətləri, Astanaya keçiribdir. Axırıncı prezident seçkisində qızını yox başqasının prezident seçilməsinə şərait yaranıb. RF-sı ilə bərabər hüquqlu partnyor kimi özünü aparır. “

Rəsul Quliyev fikirlərini belə bitirib:

“Azərbaycan hüquqlarını məhdudlaşdıran Rusiyanın nökəri kimi özünü aparır. Qazaxstanda baş verənlər eyni ilə Özbəkistan və Qırğızıstanda da baş verir.

Baltikölkələri, Ukraina, Gürcüstan, Moldova və Ermənistanda müstəqillik şərtlərinin ən azı 90 % yerinə yetirilib. Və bu ölkələr Azərbaycandan fərqli olaraq müstəqilliklərini Sovet dövründə alıblar. Azərbaycan isə sovetlər dağılandan (Avqust putçundan sonra) sonra məcburiyyət qarşısında müstəqillik qəbul edib.”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin