Rəcəb Tayyib Ərdoğanın Bakıya gözlənilməz səfərinin sirri

0
3708

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfər edəcək. AnTv.az-ın xəbərinə görə, bu haqda Türkiyə KİV-ləri məlumat yayıb. Lakin buna baxmayaraq, səfər barəsində əlavə məlumat verilmir. Qeyd edək ki, R.T.Ərdoğan iyulun əvvəllərində Azərbaycana səfər etmişdi və bu Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra prezident kimi ilk xarici səfəriydi.

AnTV.az olaraq qeyd edək ki, 2018-ci il sentyabrın 15-də Bakının işğaldan necə azad edilməsinin 100 illik yubileyi keçiriləcək. Yəni 1918-ci il 15 sentyabrda Nuru Paşanın ordusunun Bakıya daxil olmasından bu il eyni tarixdə 100 il ötür. Bu münasibətlə Bakının “Azadlıq” Meydanında atlarla klassik hərbi yürüşün keçirilməsi də nəzərdə tutulub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilməz səfəri də, məhz bu bayram tədbirində iştirak etməklə niyyətilə bağlıdır.

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin