ReAl Partiyası növbəti mitinqlə bağlı mövqeyini açıqladı

0
413

Son günlər ölkədə bir neçə siyasi hadisələr baş verib. Blogger Mehman Hüseynova qarşı açılan yeni cinayət işi, siyasi fəalların buna görə aclıq aksiyası keçirməsi, Mehman Hüseynov məsələsinin Avropa Parlamentində müzakirəsi və hakimiyyətin təzyiqlə üzləşməsi, Milli Şuranın mitinqi və Mehman Hüseynova qarşı açılmış cinayət işinin qaldırılması və digər hadisələri buna misal çəkmək olar.

AnTV.az xəbər verir ki, ReAl partiyası baş verənlərlə bağlı öz mövqeyini dərc edib. Partiyanın rəsmi saytında dərc olunan məqalədə partiya sədri İlqar Məmmədovun yanvarın 19-da baş tutan mitinqdə iştırakı xüsusi vurğulanmış və növbəti mitinqdə iştirak etməyi məqsədəuyğun hesab etmədiklərini diqqətə çatdırmışlar:

Dekabrın 26`dan başlayan geniş sosial iştirakçılıq, siyasi məhbuslar mövzusunun ölkə gündəminə əvvəllər görünməmiş miqyasda daxil olması, gənclərin etiraz və həmrəylik aksiyaları, beynəlxalq dayanışma aktları, üstəgəl 19 yanvar mitinqi təsirli ictimai rəy örnəyi yaratdı, toplum yeni keyfiyyət qazandı. Nəticədə, çoxsaylı siyasi məhbuslardan biri olan Mehman Hüseynova qarşı açılmış yeni cinayət işinə xitam verildi və o, martın əvvəlində azadlığa çıxmalıdır.

19 yanvar mitinqində REAL sədri İlqar Məmmədovun çıxışı partiyamızın siyasi məhbuslar mövzusuna münasibətini cəmiyyətə yetərincə çatdırmışdır. Mitinqdə iştirak edərək mövqeyimizin təkrarlanmasına indiki mərhələdə ehtiyac görməsək də sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik.

Azərbaycan siyasi məhbus ayıbından birdəfəlik qurtulmalı, cəmiyyətimiz ölkə qarşısında duran təməl vəzifələrə köklənməlidir. Hakimiyyət yalnız bir siyasi məhbusla bağlı müsbət addım atdısa, bunun ardıcıl hal alaraq ən qısa zamanda digər siyasi məhbusların da azadlığı ilə nəticələnməsi üçün növbəti tədbirlər görməlidir. Onu, müxtəlif hüquqi alətlərdən istifadə etməklə problemi təcili çözməyə çağırırıq. Bu çağırışımıza verəcəyi cavabın məsuliyyətini hakimiyyət xalq qarşısında daşıyacaqdır”.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin