Ratmir Bəkirovun cinayət işinə xitam verilib

0
35

Hazırda məhbus həyatı yaşayan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin barəsində açılan ikinci cinayət işində onunla birlikdə təqsirləndirilən şəxslərdən biri dünyasını dəyişib.

AnTV.az-ın xəbərinə görə, həmin şəxs “City Developer” MMC-nin rəhbəri Ratmir Əliəşrəf oğlu Bəkirovdur. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Belə ki, Ratmir Bəkirovun 2018-ci il noyabrın əvvəlində dünyasını dəyişdiyi bildirilir. Həmin vaxt Cahangir Hacıyev və daha 22 nəfərin işi üzrə istintaq yekunlaşsa da, materiallarla tanışlıq başa çatmadığından iş məhkəməyə göndərilməmişdi. Hazırda Ratmir Bəkirovun ölümü ilə əlaqədar onunla bağlı hissədə cinayət işininə xitam verilib.

Qeyd edək ki, R.Bəkirov Beynəlxalq Bankdan götürülən 52 milyon 400 min manatlıq kreditin qaytarılmamasına görə külli miqdarda mənimsəmədə ittiham olunurdu. O, həbsdə olduğu müddətdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində əməliyyat olunub. Təxminən yarım il həbsdə saxlandıqdan sonra məhkəmə Beynəlxalq Bank işi üzrə tutulan bir neçə nəfərin, o cümlədən R.Bəkirovun haqqında həbs-qətimkan tədbirini dəyişib və polis nəzarətinə verilməklə azadlığa buraxıb.

Xatırladaq ki, R.Bəkirov fəaliyyətini dayandırmış “Simurq” futbol klubunun prezidenti Anar Bəkirovun atasıdır.
Gülnaz Qənbərli
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin