“Rasim Balayevin haqqımda dediklərini oxumaq da istəmirəm”- ELZA SEYİDCAHAN (EKSKLÜZİV)

0
1347

“Mənim kimi sənətkarlar üçün elə Rasim Balayev kimi sənətkarlar fikir bildirməlidir”

Bu haqda AnTV.az-a Əməkdar artist, bəstəkar Elza Seyidcahan Rasim Balayevin haqqında söylədiklərinə münasibət bildirərkən belə deyib.

Bəstəkar-müğənni bildirib ki, Rasim Balayevin tənqidi də, tərifi də onun üçün şərəfdir: “Rasim Balayevin haqqımda dediklərini oxumamışam və oxumaqda istəmirəm. Mən elə- belə sənətkar deyiləm. Mənim kimi sənətkar üçün Rasim Balayev kimi sənətkarlar çıxış etməlidir, söz deməlidir. Allah ona can sağlığı versin, həmişə mənim haqqımda fikirlər söyləsin, mən də baxım, fərəhlənim. Fəxr edirəm ki, o mənim şeirlərimi oxuyur, şeirlərimlə maraqlanır və şeirlərim haqqında fikirlərini bildirir. O, bizim böyüyümüzdür. Əlbəttə ki, tənqidi də, tərifi də mənim üçün şərəfdir, çünki yaşlı nəslimizdir. Sevinirəm ki, şeirlərimi oxuyur. İnşallah, kitabımı hədiyyə edərəm, oxunmamış şeirlərimi də oxuyar.”

Ülkər Fətəliyeva 

Aytac Kamilli

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin