Ramiz Taxveli barəsində həbs qətimkan tədbiri seçilib

0
106

Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən  tullayaraq öldürən Ramiz Taxveli barəsində həbs-qətimkan tədbiri seçilib.

AnTV.az-ın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova  R.Taxelinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Belə ki, istintaq orqanı tərəfindən R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Qeyd edək ki, hadisə Bakının Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də qeydə alınıb. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən aşaöı atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Gülnaz Qənbərli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin