Ramiz Tağıyev AXH-nin bəyanatına cavab verdi: “Mən həmişə İsgəndər Həmidovu dəstəkləmişəm. Şər-böhtan atırlar…”

0
202

Azərbaycan Xalq Hərəkatı İH üzvləri Ramiz Tağıyev və Rza Cəfərsoyun hərəkat daxilində pozucu işlərlə məşğul olduğu və bu səbəbdən hərəkatdan uzaqlaşdırıldığı haqqında bəyanat yayıb.

AnTV.az xəbər verir ki, bəyanatda sözügedən şəxslərin hakimiyyətlə separat danışıqlara getməsi və bəzi İH üzvlərini aldadaraq öz tərəflərinə çəkməsi ilə ittiham olunur.

AXH-nin sabiq İH üzvü Ramiz Tağıyev sözügedən bəyanatla bağlı AnTV.az-a açıqlama verib. R.Tağıyev bəyanatda yazılanların doğru olmadığını bildirib:

“Biz AXH-ə uğur arzulayaraq ayrılmışıq. Mənim AXH rəhbərliyində nə gözüm vardı nə də onları parçalamaq fikrim olmayıb. Bundan sonra öz təşkilatımız var və o təşkilatda yolumuzu davam etdirəcəyik.”

Ramiz Tağıyev bəyanatda iddia olunan “AXH İdarə Heyyətinin təsisçi üzvləri olan Ağasif Şakiroğlunu, Fuad Əliyevi, Həsən Həsənovu və ən nəhayət də İsgəndər Həmidovu AXH rəhbərliyindən kənarlaşdıraraq qurumu hakimiyyətin əlinə oynayacaq bir siyasi quruma çevirməli idilər.” fikrinə də münasibət bildirib:

“Bu ittihamlar tamamilə yalnışdır. Mən AXH-də potensial görmədiyimə görə uzaqlaşmaq qərarına gəlmişəm. Görürsünüz, hər iclasda mübahisə yaranır, iclaslar dağılır. Mənim heçkimi hərəkatdan uzaqlaşdırmaq fikrim olmayıb, heçkimlə də gizli danışıqlara getməmişəm. İsgəndər Həmidovun AXH-də Təşkilat Komitəsinin sədri seçilməsini mən şəxsən təklif etmişəm. Həmişə də İsgəndər Həmidovu hərəkatda dəstəkləmişəm. Bir yerdəki hər gün söz-söhbət olacaq orda hansısa potensialdan, gələcəkdən söhbət gedə bilməz. Ona görə də, təşkilatımız ordan uzaqlaşmaq haqqında qərar verdi, mən də o qərara sadiq qaldım. Bir neçə aya hərəkatda kimin hansı potensialda olduğu üzə çıxacaq. Hər şeyi sözlə deyil, işlə sübut edirlər. Mənim mübarizəm hakimiyyətlədir, AXH ya da hansısa üzvləri ilə deyil. Bəyanatda yazılanlar isə şər böhtandan başqa heç nə deyil…”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin