Ramil Usubov rəisi təqaüdə göndərdi – Yeni təyinat

0
145

Daxili işlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib.

AnTV.az xəbər verir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, Mehman Zeynalov Gədəbəy Rayon Polis şöbəsinin rəisi təyin olunub. O, bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub.

Xəbəri Gədəbəy Rayon Polis şöbəsindən təsdiqləyiblər.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin