Qusarda Yay Festivalında 3 qız zorlanıb? – ŞOK İDDİA

0
194

Bir neçə gün bundan qabaq Qusarda Şahdağ Kompleksində start götürmüş Yay Festivalında biyabırçı olay baş verib.

AnTV.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar dolaşmaqdadı.

İddialara görə, yüzlərlə gənc oğlan və qızın iştirak etdiyi tədbirdə 3 oğlan bir təşkilatda təmsil olunduqları 3 qızı dağın üst hissəsindən tədbirin keçirildiyi məkanı göstərmək adı ilə oraya aparmışlar.

İçkili oğlanlar qızları heç kimin görmədiyi hündürlüyə qaldırdıqdan sonra onları zorlayıblar. Oğlanlar qızları təhdid etsə də, qızlardan ikisi qayıtdıqdan sonra bu barədə təşkilatçılardan birinə şikayət edib.

Təşkilatçı dərhal bu barədə Prezident Administrasiyasının Gənclər şöbəsinin müdiri Yusif Məmmədəliyevə zəng edərək məlumat verib. Lakin cavab heç də ürəkaçan olmayıb. Danışıq bitəndən sonra, təşkilatçı kor-peşman qızlara susmağı və çox da bu məsələni qabartmamağı təklif edib.

Bir qədər sonra isə qızları oxuduqları ali məktəbdən qovulması məsələsi ilə təhdid ediblər.
Hazırda tədbir bitdiyi üçün qızlar Bakıya qayıtsa da, hansı addımı atacaqlarını bilmirlər.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin