Qurban Məmmədovun məlum səsyazısı ortaya çıxdı. “Gözləyin, İsgəndər Həmidovun maskası düşsün…”

0
1854

Dünən Qurban Məmmədovun Azərbaycan Xalq Hərəkatını dağıtmaq planı haqqında yazı dərc etmişdik. 

AnTV.az xəbər verir ki, bir neçə gün bundan öncə kütləvi informasiya vasitələrində Qurban Məmmədovla Azərbaycan Xalq Hərəkatının üzvlərindən biri ilə yazışması yayılmışdır. Dünən məsələ ilə bağlı Qurban Məmmədov “Yeni Müsavat” qazetinə müsahibə verərək məlum yazışmanı təkzib etmiş və bu mövzuda səs yazısı ortaya qoyularsa siyasətdən gedəcəyini bildirmişdir.

Bu gün isə AnTV.az-ın redaksiyasına Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Nemət Pənahlı maraqlı səs yazısı təqdim etmişdir. Məlum səs yazısında Qurban Məmmədov İsgəndər Həmidovu və tərəfdarlarını aşağılayacaq sözlərlə təhqir etməkdədir.

Əslində məsələ nə idi? Yazıda səsyazısı olmadığı üçün Qurban Məmmədov ortada səsyazısının olmadığından sevincək olub üzə çıxmağa başlamışdı.

Bu gün isə Yeni Müsavat Qəzetinin canlı yayımına qoşulub AnTV.az-ı təhqir edib. Biz isə təhqir etmirik, faktlarla danışırıq.

Məlum danışığı izləyicilərimizə təqdim edirik.

 

Nurlan Cəfəri

AnTV.az

 

 

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin