Qurban Məmmədovun Azərbaycanda milyonlarla dəyəri olan mülkləri üzə çıxdı – SİYAHI

0
1646

İngiltərədə mühacir həyatı yaşayan Qurban Məmmədovun Bakıdakı mülklərinin siyahısı üzə çıxıb.

AnTV.az REAL TV-ə istinadən xəbər verir ki, hazırda Londonda yaşayan hüquq müdafiəçisi Qurban Məmmədovun sahib olduğu əmlakların siyahısı yayılıb

Bakının Həsənoğlu küçəsi 12 ünvanında (5 saylı xəstəxananaın qarşısı) 2 mərtəbəli binalar sökülərkən orada Qurban Məmmədova məxsus mənzillər və ofis binasının əvəzində ona verilmiş mənzillər və obyektlərin siyahısı:

Musa Nağıyev küçəsi 1927-ci məhəllə, bina 2 a ünvanda hər biri 109 kv.m olmaqla 3 mənzil: 51, 52 və 53 saylı mənzillər). Yeri gəlmişkən 51 və 52-ci mənzilləri başqa şəxslərə satıb, hazırda sahəsi 109 kvşm olan 53-cü mənzil Qurbana məxsusdur.

Həmin binanın 1 və 2-ci mərtəbəsində hər birinin sahəsi 240 kv.m olmaqla obyektlər.

Eyni binanın 3-cü mərtəbəsində qızı Günel Məmmədovaya məxsus 240 kv.m-lik 76-cı mənzil.

Elə bu binanın 4-cü mərtəbəsində qızı Haqverdiyeva Turana məxsus 240 kv.m-lik 77-ci mənzil.

Eyni binanın 5-ci mərtəbəsində Məmmədov Qurban Cəlaloğluna məxsus sahəsi 240 kv.m-lik 78-ci mənzil.

1927-ci məhəllə ünvanındakı əsas bina 15 mərtəbəli olmaqla binanın sağ və sol tərəfində ayrıca giriş-çıxışı və lifti olan 5 mərtəbəli binalar mövcuddur. Həmin binalardan biri (5 mərtəbəli, parka baxan tərəf) Qurban Məmmədova verilib (1 və ikinci mərtəbələrdə obyektlər, 3. 4 və 5-ci mərtəbələrdə isə mənzillər).

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin