Qüdrət Şükürov əmlakını dəyər-dəyməzinə satışa çıxarıb

0
54

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb edilən eks-baş direktoru Qüdrət Şükürov şəxsi  əmlakını dəyər-dəyməzinə  satışa çıxarıb.

AnTv.az-ın xəbərinə görə, sabiq baş liftçinin təcili pul axtarmasının səbəbi hazırki durumudur.  Belə ki, o vəziyyətdən çıxmaq üçün paytaxtdakı əmlaklarını və obyektlərini satışa çıxarıb.

Qeyd edək ki, istintaqa cəlb edilmiş Qüdrət Şükürovun barəsində korrupsiya araşdırmaları davam edir.

Xatırladaq ki, Q.Şükürovun Ali Məhkəmə binası yaxınlığında yerləşən  qızının idarə etdiyi “Womans Secrets” qadın hamam kompleksindən başqa Mərdəkanda bağ evləri, Bakıda çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avro dəyərində  “Mercedes S klass” son model avtomobili, “Range Rover”, “Mercedes Qalenvaqen”, “Lexsus” markalı maşınları və ictimaiyyətə bəlli olmayan sərvəti var.

Onun  Avropa və BƏƏ-də dəyəri milyonlarla ölçülən varidatının olması  haqqda da mediada  xəbərlər verilir.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin