Quaido yenə də ordunun xəyanətinə ümid edir

0
2

Apreldə olan etiraz aksiyaları göstərdi ki, Venesuela ordusunda Maduro rejimindən narazı olan qüvvələr var.

AnTV.az xəbər verir ki, bu iddia ilə Venesuela müxalifətinin lideri Xuan Quaido çıxış edib.

“Ordu və ölkədə Venesueladakı rejimdən tam aydın narazılıq mövcuddur. Ordu Venesuelanın siyasi həyatında vacib rol oynayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Venesuelada hərbçilərin iştirakı ilə qiyama cəhd edilsə də, ordunun böyük əksəriyyəti Maduroya sədaqətini nümayiş etdirdi.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin