Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var

0
22

Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AnTV.az-ın məlumatına görə, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində olub.

Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn VAZ-2106 ilə toqquşub. Qəza nəticəsində BMW-nin sürücüsü ölüb. Maşında Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlumüxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Qəbələ Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin