Qatarla avtobusun toqquşmasında xəsarət alanlardan daha bir nəfər ölüb

0
27

Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib.

AnTv.az-a 3 saylı Şəhər Kliniki Xəstəxanasından  verilən məlumata görə,  hadisə nəticəsində xəsarət alan Məmməd Sabir oğlu Əzimovun müalicəsi nəticə verməyib və o dünyasını dəyişib:

“Xəstə qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunub. Əməliyyat zamanı xəstənin dalağı da çıxarıldı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin vəziyyəti kəskin  pisləşdiyi üçün o “City Hospital”a köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində  baş  verib.

Xatırladaq ki, hadisədən dərhal sona 2 nəfər ölüb, 40 nəfər isə  müxtəlif xəstəxanalara yerləşdirilibdi. Xəsarət alanlardan 5-i azyaşlıdır. Son ölüm hesaba alınmaqla, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Gülnaz Qənbərli

AnTv.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin