Xəbərlər

"Qarabağda görüləcək çox gözəl işlərimiz var" - Fuad Oktay

“Biz bir millətik və bunu göstərəcəyik. Sadəcə döyüş meydanında deyil, ondan sonra işğaldan azad olunan bölgələrin bərpa və tikintisində də sizinlə birgə olacağıq. Görüləcək çox gözəl işlərimiz var”.

AnTv.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə söyləyib.

Ə.Əsədov Türkiyənin Qarabağ məsələsində olduğu kimi, COVID-19 pandemiyası dövründə də Azərbaycana olduqca dəstək verdiyini söyləyib və bu dəstəyə görə Türkiyəyə minnətdarlığını ifadə edib.