Xəbərlər

“Qarabağ” üçün son şans

Bu gün Avropa Liqasının təkrar pley-off qarşılaşmasında “Qarabağ” Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına stadionda keçiriləcək matç Bakı vaxtilə saat 21:00-da başlayacaq. Komandalar arasında Moldovada keçirilən ilk görüş “Şerif”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu oyun “Qarabağ”ın 2018/2019-cu illər mövsümündə avrokublarda çıxışını davam etdirmək üçün son şansıdır.