Qaçqınlara yaşayış yerini dəyişmək qadağan edilə bilər

0
67

Almaniya federal hökuməti qaçqınlara yalnız yerləşdirildikləri ərazidə daimi yaşamaq hüququ verməyi planlaşdırır. Federal hökumət hesab edir ki, qaçqın statusu verilmiş şəxslərə sərbəst olaraq Almaniyada yaşayış yeri seçmək icazəsinin verilməsi yanlış addımdır.

AnTV.az xəbər verir ki,  bu müddəa bu gün Nazirlər Kabinetində qəbul edilməsi planlaşdırılan qanun layihəsində nəzərdə tutulub.
Almaniya Hüquqçular Assosasiyası bu layihəni “sərbəst yaşayış yeri seçmək və hərəkət azadlığı hüququnun ciddi pozuntusu” kimi qiymətləndirir.
Belə ki, sığınacaq axtaran şəxs kimi tanınan və beynəlxalq müdafiə hüququ tanınan qaçqınlar gələcəkdə Almaniyada yaşadıqları yerləri sərbəst seçə bilməyəcəklər. 2016-cı ildən bu sahədə davam edən müzakirələr səngimir. Dəyişikliyin yeni variantında nəzərdə tutulur ki, sığınacaq hüququ tanınmış və müəyyən ərazilərdə yerləşdirilmış şəxslər həmin əraziləri dəyişməli deyillər və hökumətin müəyyən etdiyi ərazidə yaşamalıdırlar. Bu normalar çərşənbə günü Nazirlər Kabinetində qəbul edilməli olan “İnteqrasiya Qanununun tətbiqinin dayandırılması haqqında” qanun layihəsində də nəzərdə tutulub. Qanun layihəsi insan hüquqları və sığınacaq axtaran şəxslərin hüquqlarını qoruyan QHT-lərin ciddi narahatcılığına səbəb olub.
„Süddeutsche Zeitung“ un məlumatına görə, əslində, sığınacaq axtaran şəxs kimi tanınan şəxslər, beynəlxalq qorunma statusu olanlar və əlavə qorunma hüquqları olan şəxslərin yaşayış yeri ilə bağlı qaydalara yenidən baxılmasına səbəb qaçqınların əksəriyyətinin böyük şəhərlərə axınının qarşısını almaqdan ibarətdir.
Lakin istisnalar mövcuddur. Qanun hamıya tətbiq olunmayacaq. Belə ki, yaşayış yeri haqqında qanunun 12a paraqrafında (12a des Aufenthaltsgesetzes) yaşayış yerinin dəyişməsinə əsas olan səbəblər göstərilib. Həmin əsaslara iş yerinin tapılması, inteqrasıyanın sürətlənməsinə səbəb olan hallar, yaşadığı yerdə qanunla müəyyən olunmuş 3 il müddətinin başa çatması kimi şərtlər daxildir.
Federal Daxili İşlər Nazirliyi hesab edir ki, qanun layihəsi qaçqınların “uğurlu inteqrasiyasına şərait yaradacaqdır” .

Bildirilib ki, bu qanun layihəsi 2016-cı ildə təqdim olunmuş və tənqid olunmaqla geri qaytarılmışdı. Bildirilmişdi ki, bu qanun layihəsi İnsan Hüquq və Azadlıqları haqqında Cenevrə konvensiyasına və bir sıra digər qanunlara ziddir. Hüquqşünas qadınlar bu qanun layihəsinin sərbəst hərəkət azadlığı ilə ziddiyyət təşkil etdiyini bildirirlər.
Alman Hüquqşünaslar Birliyi qanun layihəsini “sərbəst hərəkət azadlığına ciddi müdaxilə” kimi dəyərləndirir. Hüquq müdafəçiləri xüsusilə zorakılıq qurbanı olan qadınların yaşayış yerinin dəyişməsinə məhdudiyyət qoyulmasını ciddi pozuntu hesab edirlər: „Əgər onlar tez və ya qadın sığınacaqlarına keçmək məcburiyyətində qalarlarsa, xərcləri kimin ödəyəcəyini dəqiq müəyyənləşdirənə qədər aylar sürər. Bundan əlavə, yeni yaşayış yerindəki immiqrasiya ofisi gələcəkdə bu hərəkətin mümkün olmadığına dair razılaşmalıdır”.

“Qanun bu formada qəbul edilə bilməz”,- deyə hüquqşünas xanım Maria Wersig bildirib. SPD-dən olan hüquq müdafiəçisi və siyasətçi Eva Högl isə etirazını belə əsaslandırıb: “Biz parlament müzakirələrində bunu nəzərdən keçirəcəyik”. O, layihənin bu formada qəbul ediləcəyinə inanmadığını göstərib.
Federal Daxili İşlər Nazirliyinin təmsilçiləri tənqidləri rədd etməkdə davam edirlər. Bütün federal dövlətlər, həmçinin yerli hüquq müdafiə təşkilatları 2018-ci ilin iyul ayında keçirilən federal konqresində yaşayış yeri haqqında qanunun müzakirəsində iştirak etməklə fikirlərini bildiriblər.

Yusif İsayev 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin