Putin və Zelenski Parisdə ayrıca görüşəcək

0
14

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.“TASS” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib.

AnTV.az xəbər verir ki, onun sözlərinə görə, Putin “normand dördlüyü”nün Parisdə keçiriləcək növbəti zirvə görüşünə ciddi əhval-ruhiyyədə gedəcək. O həmçinin, Fransa və Ukrayna Prezidentləri (Emmanuel Makron və Vladimir Zelenski), eləcə də Almaniya kansleri Angela Merkel ilə ayrı-ayrılıqda vacib ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Kreml liderlərin görüşündən Donbassdakı vəziyyəti həll etmək və “Minsk-2”nin eroziyasının qarşısını almaq üçün addımlar gözləyir.

“Normand formatı” Donbasdakı vəziyyəti həll etmək üçün Almaniya, Rusiya, Fransa və Ukrayna arasında yaradılmış diplomatik qruplaşmadır. Ölkə liderlərinin növbəti danışıqları dekabrın 9-da Parisdə baş tutmalıdır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin