Putin İrəvana zirehli limuzinini gətirdi – Paşinyanla Rusiya liderinin soyuq görüşü

0
31

Ermənistan paytaxtında keçirilən Ali Avrasiya Şurasının iclasında bir neçə ölkənin liderləri iştirak etsə də, demək olar ki, bütün media Rusiya prezidenti Vladimir Putinə “azarkeşlik” edir.

AnTV.az Musavat.com-a istinadən xəbər verir ki, prezident Putin prezident iqamətgahına gəlib. Nikol Paşinyan bu iqamətgahda oturmaqdan könüllü şəkildə imtina etmişdi. Rusiya prezidentinin iqamətgaha özünün Moskvadan gətirilən zirehli limuzini “Auris”lə gəlməsi rezonans doğurub.

Toplantıdan öncə iştirakçı liderlər xüsusi stendin qarşısında foto çəkdiriblər. Burada da V.Putinlə N.Paşinyanın bir-birindən aralı durması diqqətləri cəlb edib. Hətta Belarus prezidenti A.Lukaşenko da şəkildə Paşinyandan kənarda dayanıb. Təbii ki, bu, liderlərin arxasındakı lövhədə onların ölkələrini göstərən işarələrin olması nəticəsində belə alınıb. Deməli, ev sahibliyi edən N.Paşinyan özü Putinlə yanaşı dayanmaq istəməyib.

Hər halda Ermənistan və Rusiya arasında çox maraqlı proseslər cərəyan etməkdədir. Putin İrəvana bir neçə saatlıq səfər etsə də, hələlik N.Paşinyanla onu yanaşı görən olmayıb. Münasibətlərin kifayət qədər soyuq olması elə soyuq fotolardan da aydın görünür. Mənzərə onu göstərir ki, Putin ona münasibətdən çox narazı qalıb.

Musavat.com

 

20604952.jpg (90 KB)

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin