Siyasət

Prezidentliyə namizəd mitinqdə narkotika paylayıb

  Gürcüstanda prezidentliyə namizəd Zurab Çaparidze Tiflisdə  mitinq zamanı tərəfdarlarına içində marixuana olan siqaret paylayıb və ölkədə marixuananın tam qanuniləşdirilməsinə çağırış edib. AnTv-nin xəbərinə görə, bu haqda Qərb mətbuatı məlumat yayıb. Belə çağırışdan sonra prezidentliyə namizəd  dərhal  bir neçə tərəfdarı ilə birlikdə saxlanılıb. Z. Çaparidze ifadəsi alındıqdan sonar sərbəst  buraxılıb. Qeyd edək ki,  2018-ci ilin yayında Gürcüstanda marixuananın istifadəsinə icazə verən qanun qəbul edilib, lakin  onun alınması və saxlanılması əvvəlki kimi qadağandır. Z.Çaparidze və  onun tərəfdarları isə marixuananın tam qanuniləşməsini dəstəkləyirlər. Son zamanlar Gürcüstanda narkotiklərin dekriminallaşdırılması çağırışı ilə bağlı geniş kampaniyalar aparılır. Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Sorğulara görə, Zurab Çaparidze autsayderlər arasındadır: onun reytinqi 5 faiz ətrafında dəyişir. Gülnaz Qənbərli          AnTv.az