Prezidentin köməkçisi: “Vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər”

0
30

Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Şamaxı və Ağsuda əhali tərəfindən dövlət başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib.

 

Zeynal Nağdəliyev: “Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq”.

 

AnTV.az-ın xəbərinə görə, Nağdəliyev qeyd edib ki, həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir: “Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Zeynal Nağdəliyev əlavə edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin