Siyasət

Prezidentdən Gəncə ilə bağlı AÇIQLAMA 

"Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".

AnTv.az-ın məılumatına görə, bunu Prezident İlham Əliyev Tvitter hesabında yazıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib: “Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir".

Dövlət başçısı bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”