Gündəm

Prezident Sumqayıtda Rasim Məmmədovun yeni zavodunun açılışında

Azərbaycan prezidenti  İlham Əliyev bu gün noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib. Məhdud Məsuliyyətli Cəmiyyətin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçümcü fazası - fasonlu tökmələr zavodunun tikintisi barədə məlumat verib. Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. virtualaz.org xəbər verir ki, əlvan metallar və ferroərintilər zavodunda isə ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal olunacaq. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac ediləcək. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisum, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. Zavod daxili tələbatı tam ödəyir, qalan məhsul ixraca yönəldilir. İnvestisiya dəyəri 25 milyon dollar olan zavodda 230 nəfər işlə təmin olunacaq. Rasim Məmmədov dövlət başçısını məlumatlandırıb ki, zavodda işçilərin orta əmək haqqı 1600 manat təşkil edir. Bundan əlavə zavodun istehsal etdiyi məhsulların 90 faizi xaricə ixrac olunacaq. Zavodun itehsal etdiyi ferroslisiumun qiymətinə gəldikdə isə bu, beynəlxalq birjalardakı məzənnə ilə müəyyən olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə salıb. Qeyd edək ki, iş adamı Rasim Məmmədov daha çox Prezident Administratsiyasının rəhbəri Ramiz Mehdiyevin biznes sferasında olan əsas adamı kimi tanınır. AnTV.az