Prezident müdafiə nazirinə şiddətli töhmət verib – Partlayışa görə

0
565
Explosive ordnance disposal technicians from the 332nd Expeditionary Civil Engineer Squadron conduct a controlled detonation Sept. 30, 2009, at Joint Base Balad, Iraq. EOD technicians are responsible for the disposal of all unexploded ordnance on the base. (U.S. Air Force photo/Senior Airman Christopher Hubenthal)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokyev Arıs şəhərindəki sursat anbarında baş vermiş partlayışla əlaqədar ölkənin müdafiə naziri Nurlan Yermekbayevə şiddətli töhmət elan edib.

Bu barədə AnTV-yə “Kazinform”a istinadən xəbər verir.

Qazaxıstan hökumətinin geniştərkibli iclasında dövlət başçısı başverənlərə görə günahkar olanlarının hamısının cəzalandırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısda yerləşən hərbi hissənin sursat anbarında yanğın olub və bu, partlayışlara səbəb olub. İki hərbçi olmaqla, üç nəfər ölüb.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin