Gündəm

Abel Məhərrəmov vəzifəsindən qovuldu - RƏSMİ

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məmmədəli oğlu Məhərrəmovun vəzifəsindən azad edilməsiylə bağklı sərəncam imzalayıb. AnTV.az-ın xəbərinə görə, sərəncamda deyilir: “A.M.Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 15 noyabr 2018, 15:50 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti” Gülnaz Qənbərli AnTv.az