Politoloqdan AXH-yə təkliflər – ÖZƏL

0
166

Azərbaycan Xalq Hərəkatı İdarə Heyətində baş verənlər politoloqların diqqət mərkəzindədir.

AnTV.az xəbər verir ki, AXH İdarə Heyətinin 2 yerə parçalanması, Qurban Məmmədovun hərəkatdan uzaqlaşdırılması, eyni zamanda, hərəkatda təmsil olunan partiya sədrləri arasındakı gərgin münasibət kütləvi informasiya vasitələrində tirajlanmaqdadır. Bunun nəticəsində də cəmiyyətin böyük bir hissəsi baş verən prosesləri izləyir, bu gərginliklərin sonunu müzakirə edir.

Politoloq Nəzakət Məmmədova Azərbaycan Xalq Hərəkatı İdarə heyətində baş verənlərlə bağlı AnTV.az-a münasibət bildirib :

Azərbaycan Xalq Hərəkatında baş verənləri müəyyən qədər izləyirəm. Bu baş verənlər eqoizmin nəticəsidir. Hakimiyyəti itirəndən sonra səhvlərinin üzərində nəticə çıxartmaq əvəzinə bu müddət ərzində yalnız bir-birlərini ittiham etməklə məşğul olublar. Hər kəs hərəkatda özünü lider kimi görür və keçmişdə baş verənləri unutmayıblar. Hərəkatda təmsil olunan gənclərə də münasibət doğru deyil, bərabərlik olmalı və ideyalarda olan boşluqlar aradan qaldırılmalıdır. Həmin gəncləri irəli çəkmək lazımdır, əvəzində isə ağsaqqal gəncə əl atmamalıdır.

Müasir, çağdaş dövrün tələblərini gənclər daha yaxşı bildiyi üçün gənclərə yol açmaq lazımdır. Hərəkat indiyədək bir sıra təkliflər irəli sürüb amma bu davalar həmin təklifləri kölgədə qoyub. Hərəkata siyasi bir texnoloq ehtiyacdır ki, bu prosesləri tənzimləsin. Tənzimlənmədiyi təqdirdə AXH parçalana-parçalana gedəcək”.

Politoloq Nəzakət Məmmədova

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin