Politoloq : “Proqram yox sevgi lazımdır” – AÇIQLAMA – ÖZƏL

0
44

Son günlər mediada intiharlarla bağlı xəbərlər dərc olunub.

AnTV.az xəbər verir ki, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi psixoloq, politoloq, iqtisadçı, hüquq müdafiəçilərinin diqqətindədir və təkliflər verilir.

Bəs, intiharların qarşısını almaq üçün hər hansı bir dövlət proqramına ehtiyac varmı?

Politoloq Nəzakət Məmmədova “Bu problemlərlə bağlı dövlətin yeni bir qanun layihəsinə zərurət görmürəm. Dövlətin təhsil müəssisələri ilə bağlı çox yaxşı təlimat, qanunları var. Lakin bu qanun layihələrinin icra edilməsi qənaətbəxş deyil. Nazirliklər bu qanun layihələrinə çox ciddi yanaşmalıdır.

Azyaşlıların intiharının qarşısını almaq üçün hər hansı bir proqrama ehtiyac yoxdur. Məktəblər qanun, təlimat, proqramlara əməl etməlidir. Deyək ki, dövlət yeni bir proqram yaratsın. Bu proqrama riayət edilməyəndən sonra nəyə lazımdır yeni bir proqram?!

Psixoloji problemi olan uşaq üçün proqram yox sevgi lazımdır” – deyə cavab verdi

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin