Politoloq : “Azərbaycanın əraziləri sülhlə almaq ehtimalı çox yüksəkdir”

0
29

Politoloq hesab edir ki, işğal olunmuş əraziləri sülhlə azad etmək ehtimalı daha yüksəkdir.

Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan o qədər qeyri-adi, naşı siyasət yürüdür ki, bu adamı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu adam küçədən gələn bir siyasətçi olduğuna görə, bunun atacağı addımlar ancaq başqaları tərəfindən ona verilən fikirlərdir, təkliflərdir və məsləhətlərdir. Ona hansı məsləhət veriləcəyini də bilmirəm. Çünki adam səhər bir söz deyir, axşam isə tamam başqa söz deyir“.

AnTV.az xəbər verir ki, bunu KİV-ə açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, siyasətçilərdə belə şeylər qəbul olunmur:

Bu mənada Paşinyan proqnozlaşdırılmayan siyasətçi olduğuna görə, onu əvvəlcədən tam proqnozlaşdırmaq mümkün deyil. Amma Ermənistanın çıxış yolu da qalmayıb. Çünki Paşinyan 1 illik fəaliyyəti nəticəsində nə Ermənistan üçün bir şey edib, nə də Qarabağla bağlı danışıqlarda bir irəliləyiş var. O bir müddət çalışırdı ki, status-kvo dəyişsin və yaxud danışıqların poriteti dəyişsin. Bu mənada hesab edirəm ki, mayın 29-da Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında keçiriləcək görüşdə bu məsələlər mütləq masaya yatızdırılmalıdır. Çünki nə Azərbaycan xalqının o qədər səbri qalıb, nə cənab Prezident İlham Əliyev iradəsindən geri çəkilir, eyni zamanda Azərbaycanın bölgədəki geopolitik mövqeyi möhkəmləndiyinə görə, Ermənistan bununla hesablaşmaq məcburiyyətindədir. Təbii ki, Rusiyanın özünün də çox ciddi problemləri var.

Biz çox gözəl başa düşürük ki, Dağlıq Qarabağ probleminin həll olunmamasını istəyən elə yeganə birinci dövlət Rusiyanın özüdür. Bununla belə Ukraynada Poroşenkonun seçkilərdə uduzması hələ Ukraynanın Rusiyanın nəzarətinə keçməsi deyil. Ona görə də Rusiya-Gürcüstan münasibətləri də kifayət qədər gərgindir. Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması isə Azərbaycanın xeyrinə olduğuna görə, Rusiya burada ən azı güzəşt pəncərəsini bir qədər aralamalıdır. Ona görə də bu danışıqlarda Azərbaycanın sülh yolu ilə müəyyən əraziləri almaq ehtimalı çox yüksəkdir”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin