Siyasət

''Polisdə lazımı sualları cavabladıq'' -QAT-ın sədri Akif Nağı

Akif Nağı telefon əlaqəsində bildirib ki, Pənah Hüseyn, Nemət Pənahlı, Rahim Qazıyev hazırda sərbəst buraxılıblar. Akif Nağı bildirib ki, sərbəstdirlər: "Hər şey qaydasındadır. Polisdə lazımı sualları cavabladıq və oradan ayrıldıq . Xatırladaq ki, bu gün səhər saatlarında İndicə aldığımız xəbərə görə, Pənah Hüseyn, Nemət Pənahlı, Rahim Qazıyev, Akif Nağı və onlarla birlikdə Camal Əhmədovun “Yurda qayıdış” çağırışına qoşulanlar “Tək Çinar” deyilən təmas xəttində polis tərəfindən saxlanılıb bölməyə aparılıblar. Qeyd edək ki, “Yurda qayıdış” çağırışıyla gündəmə gələn məcburi köçkün Camal Əhmədov və ona qoşulanları Agdam rayonun “Tək Çinar” deyilən təmas xəttində saxlayıb və Agdam rayon Polis Bölməsinə aparıblar. ''AnTv.az''-ın xəbərinə görə, bu haqda ictimai fəal Elçin Həsənzadə sosial şəbəkədəki səhifəsində belə yazıb. Onun sözlərinə görə, polis əməkdaşları onalara “Siz asayişi pozursuz ve hakimiyyətin Qarabağın sulh yolu ilə azad olunmasınin qarşısın alırsiz”-, deyiblər.