Polis bölməsində işgəncə verilərək öldürülən Elmir Axundov “Polisə İctimai Dəstək” üzvü ilə dalaşıb

0
788

“Elmir Axundovun bədənindəki izlər dalaşdığı zaman aldığı xəsarətlər olub” –  İşgəncələrə qarşı Azərbaycan Komitəsi Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.

Komitədən AnTv.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, polis şöbəsində dünyasını dəyişən Elmir Axundov bir gün əvvəl rayonda “Polisə İctimai Dəstək” üzvü ilə dalaşıb. E. Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E. Axundovla bağlı polisə şikayət edib: “Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan Elmir Axundov özünü pis hiss edib və dərhal xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib. Elmir Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin