Polis “20 Yanvar”da taksi saxlamağa qadağa qoydu

0
22

Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək. Bu barədə “Qafqazinfo”ya məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verib.

AnTV.az xəbər verir ki, V. Əsədovun məlumatına görə,  yeni dərs ilinin başlanması ilə sözügedən ərazilərdə süni sıxlığın yaranmasının qarşısını alma məqsədilə görülüb:

“Sumqayıtdan gələn sürücülər, tələbələr bilməlidir ki, Sumqayıt avtovağzalından çıxan avtobuslar birmənalı olaraq Bakı Beynəlxalq avtovağzalında saxlamalıdır. 

Artıq sürücülərə xəbərdarlıq edilir. Reydlər aparılacaq. Həmin ərazi bizim tərəfimizdən nəzarətdə olacaq. Bakı Nəqliyyat Agentliyi də bizimlə birgə fəaliyyət göstərəcək. Dayanma durma tələblərinin pozulması ilə bağlı avtomatik elektron qərar qəbul olunub. Birmənalı olaraq həmin ərazidə kiminsə dayanması qanunsuzdur, məsuliyyətə cəlb olunacaq.

Təhsil müəssisələri və onların ətrafında, bəzi küçə və prospektlərdə süni sıxlığın, tıxacların yaranmaması üçün sürücü valideynlərdən xahiş edirik ki, dayanma durma tələblərinə düzgün riayət etsin. Avtomobili olmayan, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin də dərsə, işə və ya hər hansı bir istiqamətə gedərkən ləngiməməyə çalışmalıdır”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin