Sosial

Polad Həşimovla çiyin-çiyinə vuruşmuş şəhid baş leytenantın həyat hekayəsi - VİDEO

Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş zabitlərimizdən biri – Səid Qasımlı haqqında APA TV süjet hazırlayıb.

Sözügedən süjetdə igid zabitimizin atası Nofəl Qasımovun fikirlərinə geniş yer verilib.

Əslən Füzuli rayonundan olan və Birinci Qarabağ Müharibəsində ailəsi ilə birlikdə məcburi köçkün kimi dogma yurdunu tərk edən Səid böyüdükdən sonra hərb sənətinə maraq salıb və Ali Hərbi Məktəbi bitirərək cəbhəyə yollanıb.

2016-cı ildəki “Aprel döyüşləri”ndə də iştirak etmiş Baş leytenant Qasımlı şəhid General-mayor Polad Həşimovla çiyin-çiyinə vuruşub.

Ordu sıralarından ehtiyata buraxılsa da, Vətən Müharibəsi başlayan kimi könüllü müraciətlə yenidən cəbhəyə yollanmış Səid Qasımlı Füzuli və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Səidin atası Nofəl Qasımov Füzuli rayonunun İcra Başçısı olmuş və Birinci Qarabağ Müharibəsində iştirak etmişdir.

Daha ətraflı sözügedən süjetdə: