Pirallahıda yol qəzası baş verib, ölən və yaralananlar var

0
29

Bakıda yol qəzası baş verib.

AnTV.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə Pirallahı rayonunda Pirallahı qəsəbəsinin girişində qeydə alınıb.

Belə ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 3 nəfərə isə ilkin tibbi yardım göstərilib. Onlardan birinin vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin