Xəbərlər

Peskov: “Rus hərbçiləri Azərbaycanın Ermənistana vurduğu zərbələr barədə məlumatları yoxlayır”

Rusiya hərbçiləri Azərbaycanın birbaşa Ermənistan ərazisinə endirəcəyi zərbələr barədə məlumatların yoxlanılmasında iştirak edirlər.

AnTV.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ermənistan Müdafiə Nazirliyi çərşənbə günü Azərbaycan hərbçilərinin Ermənistan ərazisindəki hərbi texnikaya hücum etdiyini açıqlayıb.

“Hərbi qurumumuz bu məlumatları təsdiqləyir, hər iki tərəfdəki həmkarları ilə daim əlaqə saxlayırlar. Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun hər iki tərəfdəki həmkarları ilə telefon əlaqələri qurduğunu bilirsiniz. Bu məlumatlar yoxlanılır və təhlil olunur”. Peskov jurnalistlərə müvafiq sualı cavablandırarkən belə deyib.

“Bu, təsdiq olunarsa, KTMT mexanizmləri qüvvəyə minəcəkmi?” sualını Kremlin sözçüsü belə cavablandırıb: “Yoxlamanın nəticələrini gözləyək”.

Haşiyə: Rəsmi Moskva erməni qardaşlarına hərbi kömək etmək üçün dəridən-qabəqdan çıxır. Ancaq unudurlar ki, indiki vəziyyət onların istədiyi kimi deyil. Azərbaycan Ordusu hər gün işğal edilən topraqlarını azad edir və rəsmi Moskvanın, İrəvanın bəyanatlarını qulaqardına vurur. Rus ordusunun isə Qarabağa yeridilməsi planı rus nağıllarına bənzəyir. Paşinyan onu yalnız röyalarında görə bilər. Röya görə bilirsə…