Paytaxtda iki nəfərdən külli miqdarda narkotik götürüldü

0
1

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb.

AnTV.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi və Səbail rayonları ərazisində baş verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının birgə keçirdikləri əməliyyat-axtarış tərbirləri zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü İ.Zaranovdan 222 qram metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü Ə.Abdullazadə saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 125 qram “Tramadol” və 165 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin