Siyasət

"Paşinyanla ömrüm boyu cəmi üç dəfə qarşılaşmışam" - Serj Sarkisyan

“Erməni tarixinə kapitulyator kimi düşən Nikol Paşinyanla 3 dəfə qarşılaşmışam”.

AnTv.az xəbər verir ki, bu fikirləri erməni mediasına müsahibə verən sabiq prezident Serj Sarkisyan deyib.

O Nikolla bu və ya digər dərəcədə qarşılaşmasını ətraflı olaraq belə anladıb:

“Birinci dəfə 1993-cü ilin sonunda. O dövrdə bir neçə ay müdafiə naziri postunu tutduğum zaman cəbhədə çoxsaylı uğurlarla yanaşı bir sıra ciddi çətinliklərlə üzləşmişdik. Nikol bu problemləri manipulyasiya edərək, gerçəkliyə uyğun olmayan faktları əsas gətirərək bizi yersiz tənqid edirdi. Bu isə sadəcə bizi deyil, silahdaşlarımı da incidirdi, ruhdan salırdı. İkinci dəfə 90-cı illərin sonunda məhkəmədə, üçüncü dəfə 2018-ci ildə “Marriott” oteldə görüşdük”.

Ermənistan Respublikasının üçüncü prezidentinə görə, onunla Nikol Paşinyan arasında başqa bir görüş və ya dolayı hansısa əlaqə olmayıb.

“Kapitulyatorun mənim layihəm olduğuna gəlincə, bu sadəcə komik məsələdir. Düşmənimə də belə bir layihə arzulamazdım, nəinki özüm üçün belə bir absurdun eskizini. Kapitulyator mənim layihəm deyil. Kapitulyatoru başqa qüvvələr tərəfindən idarə olunan aldadılmış xalqımız seçdi”.