Paşinyanın həyat yoldaşı ABŞ-a Mehriban Əliyeva ilə bir yerdə uçub?

0
152

Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın mətbuat xidməti onun Amerika Birləşmiş Ştatlarına Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə bir təyyarədə yola düşməsi barədə Ermənistan mətbuatında yayımlanan məlumatı təkzib edib.

AnTV.az xəbər verir ki, çərşənbə axşamı Erməni KİV-də sosial şəbəkə istifadəçisi Vaag Aqabekyanın Nikol Paşinyana açıq məktubu yayımlanıb. Müəllif yazır ki, guya Anna Akopyan aprelin 1-də Parisdən ABŞ-a Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva ilə bir təyyarədə uçub və guya hətta yanaşı oturublar. V.Aqabekyan, həmçinin bu məlumatı təsdiqləyən fotoşəkillərin olduğunu da iddia edib.

“Bu yalandır. Anna Akopyan ABŞ-a Parisdən yola düşməyib”, – deyə Akopyanın mətbuat katibi Asmik Arutyunyan məktubun məzmununu “Sputnik Armeniya”ya şərh edərkən deyib.

Rəsmi məlumatlara görə, Anna Akopyan ABŞ-a “Mənim addımım”“Təbəssümlər şəhəri” xeyriyyəçilik fondları Qəyyumlar Şurasının başçısı kimi gedib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin